Mərakeşdə güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin yerli mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Mərakeşin Muhammadiya şəhərində qaz anbarında partlayış olub.
Ətraf ərazilərdə, habelə Muhammadiyadan kənarda da hiss edilən və böyük panikaya səbəb olan partlayışdan sonra anbar yanmağa başlayıb.
Əraziyə yanğınsöndürənlər və texnika cəlb olunub, yanğına müdaxilə edilib. Ölən və ya yaralananlarla bağlı heç bir məlumat verilməyib.
Hazırda hadisənin səbəblərinin araşdırıldığı qeyd olunub.