Modern.az

Şimali Koreya Rusiyaya silah verməsini təkzib etdi

Şimali Koreya Rusiyaya silah verməsini təkzib etdi

23 Dekabr 2022, 09:23

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah tədarük etməsi barədə yayılan xəbərləri təkzib edib.

 

Modern.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ABŞ tərəfindən səsləndirilən bu cür iddialar əsassızdır və həqiqətə uyğun deyil.

 

Şimali Koreya XİN həmçinin ABŞ-ın Ukraynanı silahla təmin etməsinə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ-ın bu cür addımları Ukraynanı "qanlı faciələrə sürükləyə" bilər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər