ABŞ-ın Rusiyaya təyin olunan yeni fövqəladə və səlahiyyətli səfiri Linn Treysiyə ölkənin daxili işlərinə qarışmamaq tövsiyə olunub.
Modern.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Şimali Amerika regionu üzrə idarəsinin direktoru Aleksandr Darçiev danışıb.
"Biz yeni səfirə məsləhət görürük ki, vətəndaş cəmiyyəti ilə işləmək adı ilə Rusiyanın daxili işlərinə qarışmasın. Diplomata belə yanlış yola baş vurmağı tövsiyə etmirik", - deyə Darçiev bildirib.
Qeyd edək ki, Linn Treysi bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri vəzifəsini tutub.