Modern.az

Roqozinin xanımı vəziyyətini açıqladı: Ciddi zədə yoxdur

Roqozinin xanımı vəziyyətini açıqladı: Ciddi zədə yoxdur

23 Dekabr 2022, 10:18

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sabiq həmsədri, "Roskosmos" şirkətinin keçmiş rəhbəri Dmitri Roqozinin xanımı Tatyana Roqozina vəziyyəti barədə məlumat verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, T.Roqozina bu barədə "Telegram" kanalında yazıb.

 

O, ağır zədə alması barədə yayılan xəbərləri təkzib edib.

 

"Allaha şükür olsun ki, heç bir ağır zədəm yoxdur", - Roqozina qeyd edib.

 

Xatırladaq ki, D.Roqozin ad gününü keçirmək məqsədilə getdiyi Ukraynanın Donetsk vilayətinin Rusiya işğalı altında olan hissəsində yerləşən restoranın atəşə tutulması nəticəsində ağır yaralanıb, obyektdəki insanlar arasında ölən və xəsarət alanlar da olub. Onun xanımının da ağır zədələr aldığı barədə məlumatlar yayılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər