Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu ilin yanvar ayında ölkədə baş verən iğtişaşlar haqqında danışıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Tokayev məlum hadisələr zamanı həyatını itirənlərin xatirəsinə ucaldılan memorial abidəsinin açılış mərasimi zamanı çıxış edib.
"Qazaxıstan hakimiyyəti yanvar hadisələrinin bir də baş verməməsi üçün, o iğtişaşların yenidən təkrarlanmaması üçün hər şeyi edir. Bu hadisələr böyük faciə idi. Bizim dövlətçiliyimizin əsaslarına yönəlmiş böyük təhdid idi. Artıq məsələ bu cür qoyulmuşdu ki, Qazaxıstan dövləti qorunub saxlana biləcəkmi, yoxsa bu mümkün olmayacaq? Biz o vaxt bu cür problemlərin qarşısını almağa müvəffəq olduq", - deyə Qazaxıstan prezidenti söyləyib.
Qeyd edək ki, yanvar hadisələri zamanı Qazaxıstanda 238 nəfər həyatını itirmiş, 4 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər almışdı.