Modern.az

Ekstremal hava şəraiti 8 nəfərin həyatına son qoydu

Ekstremal hava şəraiti 8 nəfərin həyatına son qoydu

23 Dekabr 2022, 10:56

Yaponiyada ekstremal hava şəraiti nəticəsində 8 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "NHK" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, güclü qar yağması yolların bağlanmasına, qatarların hərəkətinin məhdudlaşdırılmasına və elektrik kəsintilərinə səbəb olub.

 

Hava şəraiti ilə bağlı baş verən müxtəlif bədbəxt hadisələr nəticəsində 8 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

 

Koçi, Hokkaydo, Xirosima və digər yaşayış məntəqələrində qar örtüyünün qalınlığı mövsümi normanı dəfələrlə üstələyib.

 

Dövlət qurumları və yerli orqanlar xüsusi zərurət olmadığı müddətdə insanları çölə çıxmamağa, ərzaq məhsullarını əvvəlcədən tədarük etməyə çağırıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər