Rusiya ərazisində Ukrayna tərəfinin nəfinə casusluq etməkdə ittiham olunan şəxslər saxlanılıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Rostov vilayətində, Perm diyarında və Yəhudi avtonom vilayəti (Birobican) ərazisində saxlanılan şəxslər barəsində dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi qaldırılıb.
Hazırda araşdırmalar aparılır.