Modern.az

Parisdə PKK tərəfdarları polisə HÜCUM ETDİ

Parisdə PKK tərəfdarları polisə HÜCUM ETDİ

23 Dekabr 2022, 23:06

Bu gün Fransanın paytaxtı Paris şəhərində silahlı şəxs insanlara hücum edib. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, "Anadolu" agentliyi hadisənin baş verdiyi bölgədə PKK terror təşkilatının tərəfdarlarından ibarət qrupun polisə hücum etdiyini bildirib.

 

Qeyd olunub ki, terrorçular küçədəki avtomobillərə və mağazalara ziyan vurub. Qruplaşma Parisdə kürdlərə qarşı "hücumun" qəsdən təşkil edildiyini açıqlayıb.

 

​​​​Qarşıdurma zamanı polis hücum edən şəxslərə gözyaşardıcı qazla cavab verib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər