ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü il üçün dövlət büdcəsini təsdiq edib.
Modern.az xəbər verir ki, büdcə Palatada yetəri qədər səs toplayıb.
Nümayəndələr Palatasının üzvləri 1,7 trilyon dollar dəyərində büdcəyə müsbət səs veriblər. Büdcə layihəsi bundan əvvəl Senat tərəfindən təsdiq olunub.
Büdcənin 44,9 milyard dolları Ukraynaya yardım üçün nəzərdə tutulub. Layihənin qüvvəyə minməsi üçün onu prezident imzalamalıdır.
Akif İsmayılov