Modern.az

Pakistan ordusunun 5 hərbçisi öldürüldü 

Pakistan ordusunun 5 hərbçisi öldürüldü 

25 Dekabr 2022, 22:26

Pakistanın Bəlucistan vilayətində hərbçilərə əldəqayırma partlayıcı qurğu ilə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti məlumat yayıb.

 

Partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 5 əsgər həlak olub.

 

Hadisənin baş verdiyi ərazidə Pakistan ordusu dünəndən başlayaraq antiterror əməliyyatı keçirir.

 

İnsidentə görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?