Modern.az

Ərəb ölkəsi Ukraynaya 1200 generator göndərdi 

Ərəb ölkəsi Ukraynaya 1200 generator göndərdi 

Dünya

26 Dekabr 2022, 00:40

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynaya 1200 elektrik generatoru göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov məlumat verib.

 

Generatorlar Rusiyanın zərbələrindən ən çox zərər çəkmiş bölgələrə - Kiyev, Xerson, Odessa, Zaporojye və Nikolayev vilayətlərinə çatdırılacaq. Onlar ilk növbədə səhiyyə, təhsil və mühüm infrastruktur obyektləri üçün nəzərdə tutulub.

 

Umerov bildirib ki, bu, BƏƏ-dən gələn generatorların ilk partiyasıdır. Onun sözlərinə görə, yanvarın əvvəlində eyni sayda generatora malik ikinci təyyarənin Ukraynaya gəlməsi gözlənilir.

 

Elektrik generatorlarının gücü 3,5-8 kilovatdır. Tədarük əvvəllər elan edilmiş 100 milyon dollarlıq humanitar yardım paketinin bir hissəsidir.

 

Oktyabrın 10-dan Rusiya yenidən Ukraynaya qarşı kütləvi zərbələr endirməyə başlayıb. Kütləvi zərbələrin hədəfləri arasında enerji obyektləri üstünlük təşkil edir. O vaxtdan Ukraynada enerji təchizatında problemlər yaranıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər