Türkiyənin Van vilayətində antiterror əməliyyatı keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Polisi məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.
Saxlanılanlardan 8 nəfəri PKK/KCK, 1 nəfəri FETÖ, 1 nəfəri isə Əl-Qaidə üzvü olub.
Hazırda saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.