Türkiyə Daxili İşlər Nazirliyi (DİN) PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Şırnak vilayətində keçirilən əməliyyat "Eren Abluka Sonbahar-Kış-19 Şehit Jandarma Astsubay Üstçavuş Serkan Ünsal-1" adlandırılıb.
Jandarm qüvvələrinin cəlb olunduğu əməliyyata ümumilikdə 470 DİN əməkdaşı cəlb olunub.
Keçirilən əməliyyat çərçivəsində terrorçuların istifadə etdiyi 2 mağara dağıdılıb, 10 ədəd daldalanacaq təyinatlı məntəqə məhv edilib. Həmçinin terrorçulara məxsus əşyalar da istifadəyə yararsız hala gətirilib.
Terrorla mübarizə çərçivəsində tədbirlərin davam etdiriləcəyi vurğulanıb.