Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Suriya və Ukraynada döyüşlərə cəlb olunan terror qruplaşmasını zərərsizləşdirib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Bildirilib ki, Çeçenistan, Dağıstan, Tümen və Yuqra ərazilərində əməliyyat keçirilib. Məlumata görə, sözügedən qruplaşmanın 18 üzvü olub.
Qruplaşma üzvlərinin İŞİD-in tərkibində döyüşməsi ilə bağlı faktların olduğu qeyd edilib.
Hazırda araşdırmaların davam etdirildiyi barədə məlumat verilib.