Türkiyə ordusu Suriyanın şimalında daha 2 terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə hücuma hazırlaşan 2 terrorçunun məhv edildiyi qeyd olunub. Bildirilib ki, hər iki terrorçu PKK/YPG qruplaşmasının üzvü olub.
"Terrorçular üçün qaçılmaz son bəllidir. Əməliyyatlarımız tam sürətlə davam etdiriləcək", - nazirlik bəyan edib.