Modern.az

Ukrayna Rusiyanın BMT TŞ-dən çıxarılmasını tələb edəcək

Ukrayna Rusiyanın BMT TŞ-dən çıxarılmasını tələb edəcək

Dünya

26 Dekabr 2022, 12:04

Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini gündəmə gətirmək niyyətindədir.

Modern.az xəbər verir ki, bunu Ukraynadakı telemarafonun efirində ölkənin xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev bazar ertəsi, dekabrın 26-da müvafiq mövqe ilə çıxış etmək niyyətindədir.

“Sualımız çox sadədir: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumilikdə BMT-də olmaq hüququ varmı? Bizim inandırıcı və əsaslandırılmış cavabımız var - yox, belə deyil”, - nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər