Modern.az

İran XİN Ukraynanın ittihamlarını qəbul etmir – Sərt cavab

İran XİN Ukraynanın ittihamlarını qəbul etmir – Sərt cavab

Dünya

26 Dekabr 2022, 12:18

İran Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiya ilə müharibədə bu ölkəyə qarşı ünvanladığı ittihamlara münasibət bildirib.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmisi Nasser Kənani keçirdiyi mətbuat konfransında danışıb.

 

"Biz Ukraynadakı savaşın bir hissəsi deyilik. Ukraynanın ittihamlarını rədd edirik. Bu ittihamların Ukrayna tərəfinə heç bir faydası toxunmayacaq. Bunların Ukrayna üçün hüquqi nəticələri ola bilər", - Kənani söyləyib.

 

Qeyd edək ki, Ukrayna tərəfi İranın Rusiyaya kömək etməsi, xüsusən dronlar və digər silah-sursatlarla təmin etməsi ilə bağlı təkzibedilməz faktlar açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər