Modern.az

Bitərəflik bişərəflikdir” - İran küçələrini “bəzəyən” şüarlar

“Bitərəflik bişərəflikdir” - İran küçələrini “bəzəyən” şüarlar

Dünya

26 Dekabr 2022, 12:33

İranda sentyabr ayından başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində küçələrdə divarlara müxtəlif şüarlar həkk olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Güney Azərbaycan əsilli siyasi ekspert Arif Keskin tviter səhifəsində paylaşım edib.

 

"Nümayişlərdə olduğu kimi, divar yazılarında da ilk hədəf Xameneidir. Hər yerə "Xameneiyə ölüm" şüarları yazılıb. Xameneidən sonra inqilab keşikçiləri (İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH nəzərdə tutulur) gəlir. Divara "bitərəflik bişərəflikdir" də yazılıb. Yazıların edamlardan sonra yazıldığı anlaşılır. Divarlarda boş yer yoxdur", - deyə Keskin qeyd edib.

 

Xatırladaq ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər