Modern.az

Sarkisyanın qohumu ədliyyə naziri təyin edildi

Sarkisyanın qohumu ədliyyə naziri təyin edildi

Dünya

26 Dekabr 2022, 12:39

Ermənistanın yeni ədliyyə naziri təyin olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, prezident Vaaqn Xaçaturyan Qriqor Minasyanın ədliyyə naziri təyin olunması ilə bağlı müvafiq qərarı imzalayıb.

 

Q.Minasyan bundan əvvəl ədliyyə nazirinin müavini postunu tutub və bu ilin oktyabr ayından bəri nazir səlahiyyətlərinin icraçısı kimi fəaliyyət göstərib.

 

Ermənistan baş naziri Nikol Paşinyan Minasyanı dünən bu vəzifəsindən azad etmişdi. O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyanın qardaşıdır.

 

Qeyd edək ki, sabiq ədliyyə naziri Karen Andreasyan oktyabrda vəzifəsindən azad olunmuş və Ali Hüquq Şurasına təyinat almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər