Modern.az

Tokayev də Sankt-Peterburqa getdi

Tokayev də Sankt-Peterburqa getdi

Dünya

26 Dekabr 2022, 13:22

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 

Bildirilib ki, artıq Tokayevin təyyarəsi Sankt-Peterburq şəhərinə eniş edib. O, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının bu şəhərdə keçiriləcək qeyri-rəsmi sammitinə qatılmaq məqsədilə Rusiyaya səfər edib.

 

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər