Modern.az

Azərbaycanlı “qanuni oğru”nun qatilinə 16 il həbs verildi

Azərbaycanlı “qanuni oğru”nun qatilinə 16 il həbs verildi

Dünya

26 Dekabr 2022, 14:16

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı Mətləb Sultanovun məhkəmə prosesi keçirilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Qətl törətməkdə ittiham olunan M.Sultanova 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Bildirilib ki, 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu Rusiya paytaxtının Şukino rayonu ərazisindəki idman zallarından birində azərbaycanlı kriminal avtoritet, "Albert Rıjı" ləqəbi ilə tanınan “qanuni oğru” Əli Heydərovu öldürməkdə təqsirli bilinib.

 

M.Sultanov ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib və qətlə səbəb kimi “qanuni oğru”nun onu təhqir etməsini göstərib. 

 

Xatırladaq ki, Ə.Heydərov 2021-ci ilin aprelin 12-də Moskvada qətlə yetirilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər