Modern.az

Səhhəti pisləşən Navalnı həbsxanadan XƏBƏR GÖNDƏRDİ

Səhhəti pisləşən Navalnı həbsxanadan XƏBƏR GÖNDƏRDİ

Dünya

26 Dekabr 2022, 15:46

Həbsdə olan rusiyalı müxalif bloqer Aleksey Navalnının səhhəti pisləşib.

 

Modern.az "Novaya Qazeta Europe"a istinadən xəbər verir ki, müxalifətçinin kürəyində və çiynində kəskin ağrılar əmələ gəlib.

 

O, müalicə üçün istifadə olunan dərman preparatlarının adları ilə tanış olmağa imkan yaradılmadığından şikayətlənib.

 

"Məni daha çox hərəkətsiz vəziyyətdə qoymağa çalışırlar. Bu çox asandır. Adamı cərimə izolyatoru olan kameraya salırlar. Hansı ki, burada sutkanın 16 saatı ərzində sadəcə ayaq üstə dayana və ya dəmir kətildə otura bilərsən. Bir ay sonra bu şərtlərdə saxlanan insanın səhhətində problemlər yaranır. Buna qəti şübhə etməyin. İnsanın kürəyində, belində, çiynində böyük ağrılar başlayır. Mən isə 3 aydır buradayam", - Navalnının həbsxanadan çatdırdığı mesajda vurğulanıb.

 

Qeyd edək ki, 2020-ci ilin avqustunda kimyəvi maddələrlə zəhərlənən müxalifətçi Tomskdan Moskvaya qayıdarkən Omsk şəhərində xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya aparılmışdı. 2021-ci ilin yanvarında sağaldıqdan sonra həbs olunacağını bilə-bilə Rusiyaya qayıdan Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər