Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Şura Məclisi sədri Abdullah Bin Məhəmməd Əl Şeyxi qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Prezident Administasiyasının rəsmi saytında məlumat verilib.
Görüş səudiyyəli spikerin Türkiyəyə səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da iştirak edib.
Qeyd edək ki, daha öncə TBMM sədri və səudiyyəli spiker arasında ikitərəfli görüş keçirilmişdi.