Belarus prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinə qatılıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Lukaşenko sammit ərəfəsində jurnalistlərlə qısaca söhbətləşib.
"2023-cü il ən uğurlu, ən xoşbəxt il olacaq. Fikir eləməyin, narahat olmayın, hər şey yaxşı olacaq", - deyə Belarus prezidenti söyləyib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşıblar.