Modern.az

Qazaxıstan Ukraynaya generatorlar göndərib

Qazaxıstan Ukraynaya generatorlar göndərib

Dünya

26 Dekabr 2022, 18:43

Qazaxıstan Ukraynadakı xəstəxanalar üçün elektrik generatorları göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Ukraynaya 41 generator təhvil verilib və onlar Nikolayev, Dnepropetrovsk və Xarkov vilayətlərinə göndəriləcək.

 

"Hər bir generator əməliyyat otaqlarının, reanimasiya şöbələrinin və oksigen stansiyalarının fasiləsiz işləməsinin qarantıdır", - deyə nazirlik qeyd edib.

 

Oktyabrın 10-dan Rusiya Ukraynanın kritik infrastrukturuna kütləvi zərbələr endirir. “Ukrenerqo”nun məlumatına görə, noyabrın sonunda zərbələr nəticəsində bütün əsas istilik və su elektrik stansiyaları zədələnib. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər