Modern.az

Bu platformada sülh formulunu elan etmişdim - Zelenski

Bu platformada sülh formulunu elan etmişdim - Zelenski

26 Dekabr 2022, 19:50

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Facebook" səhifəsində yazıb.

 

Ukrayna lideri Modiyə G20-yə sədrlik dövründə uğur arzulayıb: "Məhz bu platformada mən sülh formulunu elan etmişdim və indi onun həyata keçirilməsində Hindistanın iştirakına ümid edirəm. BMT-də dəstəyə və humanitar yardıma görə də təşəkkür etdim".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?