Modern.az

Terrorla mübarizədə yeni mərhələ başlayır - Ərdoğan

Terrorla mübarizədə yeni mərhələ başlayır - Ərdoğan

Dünya

26 Dekabr 2022, 21:29

Türkiyə Suriya sərhədində terrorçulara qarşı mübarizədə yeni mərhələyə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

O qeyd edib ki, 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması və terrorçuların maddi-texniki bazasını məhv etmək üçün yeni mərhələ başladılacaq.

 

Eyni zamanda, Türkiyə öz ərazisində yaşayan suriyalı miqrantların vətənlərinə geri dönmə prosesini tezləşdirmək niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?