Burkina-Fasonun şərqində sərnişin avtobusu minaya düşüb.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
Avtobus paytaxt Uqaduqudan təxminən 220 kilometr aralıda yerləşən Fada Nüourma bazarından qonşu Nigerin yaxınlığındakı Kantchari sərhəddinə gedirmiş.
Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Akif İsmayılov