Ukrayna gələn ilin fevral ayının sonuna qədər BMT-də “sülh sammiti” keçirmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyinə müsahibəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.
Onun fikrincə, sammitin keçirilməsində vasitəçi BMT-nin baş katibi Antonio Quterreş ola bilər.
“Hər bir müharibə diplomatik yolla bitir. Birləşmiş Millətlər Təşkilatı bu sammitin keçirilməsi üçün ən yaxşı platforma ola bilər”, - deyə Kuleba qeyd edib.
Akif İsmayılov