ABŞ Prezidenti Co Bayden Yeni il bayramı ilə əlaqədar tətilə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı və ABŞ-ın birinci xanımı Cil Bayden Yeni ili ailələri ilə birlikdə Santa Kruzda Karib dənizi sahillərində qeyd edəcəklər.
Bayden yanvarın 2-də Ağ Evə qayıtmalıdır.