Modern.az

Bayden fövqəladə vəziyyət elan etdi

Bayden fövqəladə vəziyyət elan etdi

Dünya

27 Dekabr 2022, 08:14

ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.


Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ evin saytında məlumat yerləşdirilib.

 

Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib.


Xatırladaq ki, ötən həftə ABŞ-ın böyük bir hissəsi güclü külək və qarla müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər