Modern.az

Tonoyanın azadlığa çıxması üçün vəsatət qaldırıldı

Tonoyanın azadlığa çıxması üçün vəsatət qaldırıldı

Dünya

27 Dekabr 2022, 12:48

Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyanın vəkilləri onun azadlığa çıxması ilə bağlı vəsatət qaldırıblar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, 1 il 3 aylıq həbs müddətindən sonra vəkillər ittihamı təkzib edən faktları məhkəməyə təqdim ediblər.

 

Eks-nazirin qanunlara uyğun fəaliyyət göstərdiyi və bu dövrdə silahların alınmasının vacibliyi və qanuniliyi ilə bağlı dəlillərin toplandığı qeyd edilib.

 

Xatırladaq ki, 2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyan ötən ilin sentyabrında 4.6 milyon ABŞ dollarını mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər