Modern.az

Rusiyada hərbi komissarlığa hücum cəhdi - 2 nəfər öldürüldü 

Rusiyada hərbi komissarlığa hücum cəhdi - 2 nəfər öldürüldü 

27 Dekabr 2022, 13:39

Rusiyanın Kabarda-Balkar Respublikasında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən əməliyyat keçirilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iki yerli sakinin hərbi komissarlığa hücum etməyə hazırlaşdığı barədə məlumat əldə edilib.

 

Onlar barədə cinayət işi açılıb. Paytaxt Nalçik şəhəri yaxınlığında əməliyyat keçirilərək onların saxlanılmasına cəhd olunub.

 

Bildirilib ki, onlar müqavimət göstərib və əməliyyat çərçivəsində hər iki şəxs FTX tərəfindən cavab atəşi ilə zərərsizləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər