Modern.az

Avropada sığınacaq axtaranların sayı 50% artıb

Avropada sığınacaq axtaranların sayı 50% artıb

Dünya

27 Dekabr 2022, 16:00

2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində sığınacaq axtaranların sayı əvvəlki illə müqayisədə 50%-dən çox artıb.
 

Modern.az xəbər verir ki, bunu Avropa Sığınacaq Agentliyinin direktoru Nina Qreqori deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ilk 10 ayında Aİ 800 minə yaxın sığınacaq müraciəti qəbul edib ki, bu da ötən illə müqayisədə 54% çoxdur.
 

Bu rəqəmə Rusiya hərbi müdaxiləsi başladıqdan sonra Aİ ölkələrinə köçən Ukrayna vətəndaşları daxil deyil. Onlara siyasi sığınacaq yox, müvəqqəti müdafiə statusu verilir və onlar qaçqınlarla bağlı statistikaya daxil edilmir. Sığınacaq axtaranların siyahısına Suriya, Əfqanıstan və Türkiyənin başçılıq etdiyi bildirilir.
 

N.Qriqori bu il nə qədər Rusiya vətəndaşının siyasi sığınacaq üçün müraciət etdiyini dəqiqləşdirməyib. Avropa İttifaqı daha əvvəl vətənlərində təqib olunan ruslara siyasi qaçqın statusu deyil, humanitar vizaların verilməsinin mümkünlüyünü açıqlamışdı. Onlarla bağlı statistika gələn ilin əvvəlində yekunlaşacaq.
 

Sığınacaq axtaranların əksəriyyəti Almaniyaya müraciət edir - bu ilin noyabrına olan məlumata görə, onların sayı 190 min nəfər olub ki, bu da ötən illə müqayisədə 43% çoxdur. İkinci yerdə Fransadır. Aİ-nin qaçqınlar üçün ən “arzuolunmaz” ölkəsi Macarıstandır.
 

Qreqori yaxın gələcəkdə sığınacaq axtaranların sayının artmağa davam edəcəyini vurğulayıb: “Qeyri-sabitlik və insanların təhlükəsizliyinə təhdidlər yaşadığımız dünyanın xüsusiyyətidir. Təəssüf ki, onlar müvəqqəti xarakter daşımır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər