Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə 5 regionda gerçəkləşdirilib.
Erzurum, Amasya, Kayseri, Denizli və Bolu vilayətlərində keçirilən əməliyyat çərçivəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Həmçinin, xeyli rəqəmsal material da aşkar olunaraq müsadirə edilib.
Bildirilib ki, daha 3 şübhəli şəxsin də saxlanılması istiqamətində addımlar atılır.
Saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.