Modern.az

Türkiyədə İqtisadi Koordinasiya Şurasının iclası keçirildi

Türkiyədə İqtisadi Koordinasiya Şurasının iclası keçirildi

Dünya

27 Dekabr 2022, 17:15

Türkiyədə İqtisadi Koordinasiya Şurasının toplantısı keçirilib.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, toplantı Türkiyənin vitse-prezidenti Fuat Oktayın başçılığı ilə keçirilib.

Bildirilib ki, toplantıda xarici ticarət, kənd təsərrüfatı, energetika məsələləri müzakirə edilib. Həmçinin, dünya bazarında müxtəlif məhsulların qiymət artımı barədə fikir mübadiləsi aparılıb.

Enerji sahəsində Türkiyənin xaricdən asılılığının azaldılması istiqamətində görülən işlər dəyərləndirilib. Məlumata görə, eləcə də istehsal və ixracat sferalarındakı məsələlər də müzakirə mövzusu olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər