Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində məlumat yayıb.
Bildirilib ki, Qara bölgəsində daha 3 PKK terrorçusu məhv edilib.
"Terroru bitirməkdə, millətimizi bu bəladan xilas etməkdə qərarlıyıq. İraqın şimalındakı Qara bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə məlumatda bildirilib.