Modern.az

Rusiya 42 əsgərin cəsədini Ukraynaya qaytardı 

Rusiya 42 əsgərin cəsədini Ukraynaya qaytardı 

27 Dekabr 2022, 18:30

Rusiya müharibədə həlak olan 42 əsgərin cəsədini Ukraynaya qaytarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Reinteqrasiya Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, geri qaytarılan cəsədlərin ümumi sayı 869-a çatıb. Rusiya tərəfi bununla bağlı rəsmi məlumat verməyib.

 

Rusiya və Ukrayna mütəmadi olaraq əsir və cəsəd mübadiləsi aparır. Bundan əvvəl dekabrın 14-də Moskva və Kiyev məhbus mübadiləsi həyata keçirib. Ukrayna 64 hərbçini, həmçinin 4 nəfərin meyitini geri qaytarıb. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər