Modern.az

Ukrayna Usmanovun 2 milyardını ƏLƏ KEÇİRDİ 

Ukrayna Usmanovun 2 milyardını ƏLƏ KEÇİRDİ 

27 Dekabr 2022, 20:00

Ukrayna rusiyalı iş adamı Əlişir Usmanova məxsus 2 milyard qrivna (təxminən 54,35 milyon dollar) dəyərində dəmir filizini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. 

 

Bildirilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 160 min tondan çox dəmir filizi yeraltı anbarlarda aşkar edilib.

 

"Aşkar edilmiş dəmir filizinin rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, müsadirə edilmiş əmlak üzərinə həbs qoyulub. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər