Modern.az

Ukraynaya 77 min ton yardım göndərilib

Ukraynaya 77 min ton yardım göndərilib

Dünya

27 Dekabr 2022, 20:41

Avropa İttifaqı 2022-ci ilin fevralından indiyədək Ukraynaya 77 min tondan çox humanitar yük göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

 

“Fevral ayından bəri Avropa İttifaqı Ukraynaya dərman, ərzaq və çadırlar da daxil olmaqla 77 min tondan çox humanitar yük göndərib. Yanğınsöndürən maşınlar və mobil xəstəxanalar da tədarük edilib”, - deyə o, "Twitter"də yazıb.

 

Leyen əlavə edib ki, Aİ-nin Ukrayna ilə həmrəyliyi daha da “güclənir”.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər