Modern.az

ABŞ-ın dövlət qurumlarında "TikTok" qadağası

ABŞ-ın dövlət qurumlarında

Dünya

28 Dekabr 2022, 00:36

ABŞ-ın rəsmi dövlət qurumlarında "TikTok" sosial şəbəkəsi qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

Respublikaçılar Partiyasının nümayəndəsi Nikol Malliotakis bildirib ki, iki il əvvəl bu addım hərbi dairələrdə atılıb.

 

"Onların ardınca daxili təhlükəsizlik departamenti qərar verib. "TikTok"un hazırkı qadağası bu addımın məntiqi davamıdır", - partiya rəsmisi qeyd edib.

 

Məlumata görə, 100 milyon amerikalı "TikTok" istifadəçisidir. Çin mərkəzli şəbəkənin bütün ABŞ ərazisində qadağan olunması istisna edilmir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?