Modern.az

“Aeroflot”un 13 sərnişin təyyarəsi xaricdə həbs edilib

“Aeroflot”un 13 sərnişin təyyarəsi xaricdə həbs edilib

Dünya

28 Dekabr 2022, 10:54

Hazırda Rusiyanın “Aeroflot” aviaşirkətinin 357 təyyarəsindən 13-ü beynəlxalq sanksiyalara görə xaricdə həbs edilib.

Modern.az xəbər verir ki, bunu şirkətin baş direktoru Sergey Aleksandrovski RBK-ya müsahibəsində bildirib


“Hazırda “Aeroflot Group”un tərkibində 357 təyyarə var, onlardan 13-ü xarici istehsal olan təyyarələr Rusiyadan kənarda bloklanıb”, - Aleksandrovski bildirib.


Eyni zamanda, o qeyd edib ki, təyyarələrin əksəriyyəti planlı texniki xidmət və ya beynəlxalq uçuşlar zamanı bloklanıb.


Aleksandrovski  deyib ki, təyyarələrə xidmət göstərilməsi ilə bağlı beynəlxalq reyslərə məhdudiyyət var - bu, yanacaqdoldurma, yerdə xidmətlə bağlıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər