Modern.az

Xarkovda partlayış səsləri eşidilib

Xarkovda partlayış səsləri eşidilib

Dünya

28 Dekabr 2022, 11:12

Ukraynanın Xarkov vilayəti ərazisində partlayış səsləri eşidilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin müxtəlif ərazilərində ardıcıl partlayış səsləri gəlib. Məlumata görə, həmçinin paytaxt Kiyev şəhərində də həyəcan siqnalı verilib.

 

Rusiyanın Ukrayna ərazilərinə aviazərbələri və Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərbələri neytrallaşdırması barədə məlumatlar var.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər