Modern.az

"İt hürər, karvan keçər" - Zaxarovadan Kulebaya cavab

Dünya

28 Dekabr 2022, 11:28

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb.

 

"Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib.

 

Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər