Modern.az

Donbas və Krım Ukrayna torpaqlarıdır - Podolyak

Donbas və Krım Ukrayna torpaqlarıdır - Podolyak

Dünya

28 Dekabr 2022, 12:40

"Donbas və Krım Ukrayna torpaqlarıdır".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

 

"Gəlin əsas bilgiləri xatırlayaq:

 

- Donbas və Krım 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən Ukrayna torpaqlarıdır.

- "Bombalanan Donbas xalqı" mövcud deyil.

- Ukraynada Rusiyanı gözləyən heç bir sosial qrup yoxdur.

- Rusiya Ukraynada mülki insanları öldürmək və əraziləri işğal etmək üçün müharibəyə başlayıb.

Bundan başqa nə varsa, yalandır və rus propaqandasıdır", - deyə Podolyak qeyd edib.

 

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər