Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülür.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məlumat verib.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh səylərinə görə Prezident Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərib:
"Mənim müraciətim var. Bu müraciəti müxtəlif ölkələrdən parlament sədrləri, millət vəkilləri də dəstəkləyəcəklər".