Konyada saxta press-kart gəzdirdiyi üçün saxlanılan Fatih T və Kazım-A adlı iki şübhəli barəsində qanuni tədbir görülüb.
Modern.az xəbər verir ki, Fatih T adlı şübhəli hava limanındakı təhlükəsizlik məntəqəsində özünü polis olaraq təqdim edib. O bununla içəri girib yaxınlarını qarşılamaq istəyib.
Şübhəlinin üzərində aparılan axtarış zamanı 2 saxta mətbuat kartı və bir saxta dərnək kartı ələ keçirilib.
Digər şübhəli Kazım A. isə avtomobilində Mühafizə Baş İdarəsi adına saxta mətbuat kartı saxladığına görə yaxalanıb. Hər iki şübhəli əməllərinə görə polis idarəsinə aparılıb. Bildirilib ki, şübhəlilər barəsində "Türk Ceza Kanunun" 262-ci maddəsi ilə tənzimlənən və 3 aydan 2 ilə qədər həbs cəzasını nəzərdə tutan “qanunsuz ictimai vəzifə götürmə” cinayəti ilə bağlı qanuni iş başlanıb.