Modern.az

Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq - Ərdoğan

Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq - Ərdoğan

Dünya

28 Dekabr 2022, 15:48

"Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elm mükafatları mərasimindəki çıxışı zamanı deyib.

 

"Sadəcə son 1 ildə 174 universitet və 3 mindən çox tədqiqat-inkişaf mərkəzinə 15 milyard lirədən çox vəsait xərcləmişik. Gördüyümüz işlərlə beyin axının istiqamətini dəyişmişik. Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq. Bunun üçün səy göstəririk", - deyə Ərdoğan söyləyib.

 

"Elmə və texnologiyaya etdiyimiz yatırımların hər sahədə meyvələrini toplayırıq və bunun sevincini yaşayırıq", - Türkiyə prezidenti əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər