Türkiyədə İrandan təlimat alaraq terror törətmək istəyən şəxslər saxlanılıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
O bildirib ki, İrandan təlimat alan 5 terrorçu tutulub. Nazirin sözlərinə görə, terrorçular Van şəhərində saxlanılıblar.
Soylu həmçinin qeyd edib ki, terrorçular saxlanılarkən silah-sursat və partlayıcı maddələr də aşkarlanaraq götürülüb:
"Uzun müddətdir izlədiyimiz qrup idi. Hücuma hazırlaşırdılar".