Modern.az

Ukraynalı milyarder Fransada saxlanıldı

Ukraynalı milyarder Fransada saxlanıldı

Dünya

28 Dekabr 2022, 16:57

Ukraynalı milyarder Konstantin Jevaqo Fransanın Kurşevel kurortunda saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

 

Ukrayna DTB Jevaqonun ekstradisiyası üçün sənədlər paketinin hazırlandığını bildirib.

 

“Ukrayna Radasının keçmiş deputatı, “Bank Finance and Credit” ASC-nin səhmdarı, Ukraynanın “Forbes” jurnalının reytinqinə görə ölkənin ən zəngin beş adamından biri olan milyarder Konstantin Jevaqo DTB-nin tələbi ilə Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən elit Kurşevel kurortunda saxlanılıb”,- məlumatda deyilir.

 

İş adamı maliyyə cinayətlərində ittiham olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər